Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

"Unikal" xəbər verir ki, müraciətdə deyilir:

""Yeni ilə özəl endirimlər”, “Yeni il kampaniyası" adlı saxta məzmunlara qarşı diqqətli olun:
 
- tanınmış brendləri və ya mağazaları təqlid edərək yaradılmış saxta linklərə etibar etməyin!
 
- onlayn alış-veriş üçün təhlükəsiz saytlardan və ödəniş üsullarından istifadə edin!"