Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 22 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov 119 küçəsində yerləşən Qubadlı rayon Xanlıq kənd-2 saylı tam orta məktəbdə keçirilmişdir.

"Unikal" xəbər verir ki, qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.

Qəbulda sakinlər tərəfindən qaldırılan 20 məsələdən 3-üyerində həll olunmuş, 8-i baxılması üçün nəzarətə götürülmüşdür. 4 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilmiş, 5 nəfər isə görülən işlərə görə minnətdarlıq bildirmişdir. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. 

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.