Xırt Qubanın mərkəzindən 40 kilometr uzaqlıqda yerləşən 15 ailənin yaşadığı kənddir. 

"Unikal" xəbər verir ki, bu ucqar yaşayış məntəqəsinin məktəbində cəmi 1 şagird təhsil alır. Üçüncü sinifdə oxuyan Nəzrinin sinif yoldaşları olmasa da, dərsə hər gün həvəslə gəlir. 

Qeyd edək ki, hazırda ölkədə 1 şagirdin təhsil aldığı 7 məktəb mövcuddur. Məktəblərdən 1-i Ağsu, 2-si İsmayıılı, 2-si Lerik və 2-si Qubadadır.