“Azəriqaz” İB tərəfindən göstərilən xidmət keyfiyyətinin yoxlanılması məqsədilə aparılmış sorğunun nəticələri açıqlanıb.

"Unikal" xəbər verir ki, “QBS Consulting” MMC-nin əməkdaşı Rəşad İsgəndərov “Açıq qapı” aksiyasında  “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində Birlik tərəfindən abonentlərə göstərilən hər biri üzrə ayrı-ayrılıqda olmaqla xidmətlərin səviyyəsi, xidmətlərdən istifadənin göstəricisi, həmçinin abonentlərin narazı və ya razı qaldığı xidmətlər üzrə göstəriciləri xüsusi diaqramlar vasitəsilə media nümayəndələrinin diqqətinə çatdırıb.