Dekabrın 20-də Qaraçuxur qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 4880 manat dəyərində ət oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə "Unikal"a DİN-dən bildirilib.

Məlumata görə, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Canlarov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.