Gəncə şəhərində iki avtomobil toqquşub.  

"Unikal"ın məlumatına görə,  hadisə Atatürk prospektində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobillə "Opel" toqquşub. İlkin məlumata görə, qəzaya səbəb "Opel" markalı avtomobilin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Qəza zamanı xəsarət alan olmayıb. Avtomobillərə isə ciddi ziyan dəyib.

Tural Əhmədov