"Şəxsən mənim özümə seçicilərdən çoxlu məktublar gəlib ki, Şuşada, Xankəndidə səs vermək istəyirik".

“Unikal” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasda deyib.

O qeyd edib ki, məcburi köçkün seçicilər ona bununla bağlı müraciət ediblər.