Gəncədə külək yaşayış binasının dam örtüyünü aşırıb.

"Unikal"ın məlumatına görə, güclü külək nəticəsində şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Belə ki, sözügedən ərazidə yerləşən 9 mərtəbəli yaşayış binasının dam örtüyün külək dağıdıb. Xoşbəxtlikdən hadisə vaxtı xəsarət alan olmayıb, bir neçə avtomobilə ziyan dəyib.

Hazırda qərb bölgəsində küləkli hava şəraiti davam edir.

***

19:00

Gəncədə güclü külək bir sıra fəsadlar yaradıb.

"Unikal" xəbər verir ki, bu gün günorta saatlarından müşahidə edilən güclü külək şəhər ərazisində bir sıra fəsadlar yaradıb.

Belə ki, iri gövdəli ağaclar aşaraq yolları bağlayıb, Bundan başqa, şəhərdə ağaclar elektrik və telefon xətlərinin üzərinə aşıb. Şəhərin bəzi yerlərində elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Tural Əhmədov