Yanıq müalicəsinə verdiyi töhfələrlə Türkiyədə və dünyada, eləcə də Azərbaycanda şöhrət qazanan, Vətən müharibəsi iştirakçılarının sağalmasında xidmətləri olmuş türkiyəli professor Ahmet Çınar Yastı dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə onun çalışdığı Ankara Şəhər Xəstəxanası məlumat yayıb. Ahmet Çınar 55 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, dəfələrlə Azərbaycanda olan Ahmet Çınar Yastı göstərdiyi fədakarlığa görə səhiyyə qurumları tərəfindən təltif olunub.