Tovuzda güclü külək bir neçə evin dam örtüyünü dağıdıb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.
Ötən gün axşam saatlarında başlayan güclü külək kənd sakini Samirə Əkbərovya məxsus evi tamamilə dağıdıb.
Həmçinin, güclü külək evin əşiyalarını da yararsız hala salıb. Xəsarət alan olmayıb.
Kənd sakininə dəymiş ziyanın hesablanmasına başlanıb.
Bundan əlavə, külək kənddə bir neçə evə ciddi ziyan vurub. Kəndə gecə saatlarında elektrik enerjisinin verilməsi dayanıb.
Qeyd edək ki, ötən gün güclü külək səbəbindən Tovuzda futbol oyunu təxirə salınıb.
Tural Əhmədov