Yevlaxda yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, "Vaz 2106" markalı avtomobilin traktorla toqquşması nəticəsində 1970 - ci il təvəllüdlü Qarayev Məmməd, onun 2013 - cü il təvəllüdlü oğlu Qarayev Ümid və ailənin 1965 - ci il təvəllüdlü bacanağı Yusifov Nizam müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Azyaşlı uşaq əməliyyat olunub hazırda narkoz altındadır. Bir ailənin üzvləri olan hər üç şəxs Yevlax rayon sakinləridir.

16:10

Yevlaxda minik maşını traktorla toqquşub, yaralananlar var.

"Unikal"ın məlumatına görə hadisə Gülövşə kəndi yaxınlığından keçən magistral yolda baş verib.

"Vaz 2106" markalı avtomobilin traktorla toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 3 nəfər şəxs təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov