İsveçin "ABBA" qrupunun virtual şousu London iqtisadiyyatına 322 milyon funt sterlinqdən çox gəlir gətirib.

"Unikal" xəbər verir ki, bu barədə "Music Business Worldwide" məlumat yayıb.

Musiqiçilərin əvəzinə rəqəmsal avatarlarının çıxış etdiyi şoulara 42,72 milyon funt sterlinq (36%) ingilislərin özləri tərəfindən deyil, digər ölkələrdən gələn qonaqlar tərəfindən ödənilib.

Tamaşa üçün biletlərin satışı ilə yanaşı, xüsusi "ABBA Arena" konsert məkanının tikintisi ilə bağlı xərclər də nəzərə alınıb. Bu layihədə 5075 iş yeri təmin edilib.

Hesabatda konsertin Londonun özünə və arena ətrafındakı ərazilərə müsbət təsir etdiyi də bildirilir.