Moldova Prezidenti Maya Sandu 2024-cü ildə ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı ümumxalq referendumunun keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.

"Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başladıq. Avropa ailəsi və bütün ölkəyə açıq şəkildə demək lazımdır ki, biz Moldova üçün hansı yolu seçirik? Parlamentdən xahiş edirəm ki, gələn payızda vətəndaşların səsinin həlledici olacağı referendumun təşkilinə təşəbbüs göstərsin", - Sandu deyib.

Dekabrın əvvəlində Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib.