Mərhum dünya ulduzu Maykl Ceksonun varisləri müğənninin "son dərəcə nadir və yayımlanmamış" yazılarının hərraca çıxarılmasını əngəlləyiblər.

"Unikal" xəbər verir ki, vərəsələrin vəkilləri qeydlərin “şübhəsiz ki, oğurlandığını” iddia ediblər.
 Gotta Have Rock and Roll hərrac evi Ceksonun 1994-cü ildə qeydə alındığı iddia edilən 24-dən çox səs yazısını satmağı planlaşdırmışdı. Lakin vərəsələr qeydlərin oğurlandığını iddia edərək məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Vəkil Conatan Steinsapirin yazdığı məktubda qeydlərin icazəsiz götürüldüyü və Ceksonun varislərinə aid olduğu vurğulanıb. Hərrac evi bu tələblərə əməl etməyəcəyini bildirərək cavab verib. Bununla belə, Nyu-York Ali Məhkəməsi müvəqqəti həbs qətimkan tədbiri və ilkin qərara dair sorğuya baxılacağı tarixi təyin edib. Bu qərardan sonra qeydlər satışdan çıxarılıb. Hərracda Ceksona məxsus digər əşyaların satışı davam edir.

Maykl Cekson musiqi karyerası boyunca 400 milyondan çox albom sataraq tarix yazdıb. Ancaq ölümündən sonra da adı tez-tez hallanmağa davam edir.