Azərbaycan Prezidenti İlham Əliyev 62 yaşını ailə üzvləri ilə qeyd edib.

"Unikal" xəbər verir ki, Prezidentin qızı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial mediada foto paylaşıb.

Fotoda dövlət başçısının həmişə olduğu kimi bu il də ad gününü sadə şəkildə ailəsi ilə birgə qeyd etdiyi əks olunub.

Fotoda Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, oğlu Heydər Əliyev, qızları və nəvələri yer alıb.