Tailand hərbçiləri Andaman dənizindəki Bu-Bu adası yaxınlığında batan qayıqdan 73 nəfəri xilas edib.

"Unikal" xəbər verir ki, bu barədə Tailandın Milli Xəbərlər Bürosu məlumat yayıb.

Məlumata görə, yüksək dalğalar gəminin çevrilməsinə səbəb olub və nəticədə gövdədə dəlik yaranıb. Tailand Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Eskadrilyasının üzvləri qəza yerinə gəlib və sərnişinləri xilas ediblər. Hadisə nəticəsində 15-ə yaxın sərnişin yüngül bədən xəsarətləri alıb, onlara yaxınlıqdakı tibb müəssisəsində yardım göstərilib.

Qayıq Phuket və Lanta adalarına aparılan sərnişinləri təxliyə etdikdən dərhal sonra batıb.