İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında hərbi əməliyyatların genişləndirildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə o, xalqa videomüraciətində danışıb.

O bildirib ki, İsrail HƏMAS tamamilə məğlub olana qədər qruplaşmaya qarşı müharibə aparacaq. Baş nazirin sözlərinə görə, əsir götürülmüş girovları qaytarmağın yeganə yolu budur.

“Biz Qəzza zolağında hərbi əməliyyatları genişləndiririk. Biz HƏMAS üzərində tam qələbə çalana qədər müharibəni davam etdirəcəyik”, - deyə baş nazir vurğulayıb.