Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə “Saray körpüsü” adlanan ərazidə qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 66 yaşlı Alidə Dəmirovanı avtomobil vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. 

Faktla bağlı araşdırma aparılır.