Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən super marketlərinin birinin yaxınlığında qeydə alınıb. Arzu Salmanov idarə etdiyi "Hyundai" markalı minik maşını ilə hərəkətdə olan zaman yolu keçmək istəyən 48 yaşlı Aynurə Nəzərovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov