Goranboyda iki məktəbli qız yaşadıqları evdə dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə Ağcakənd qəsəbəsində baş verib. Bir ailənin üzvü olan iki yeniyetmə qız yaşadığı evin hamam otağında dəm qazından zəhərləniblər. Xəstəxanaya çatdırılan qızların vəziyyətinin stabil olduğu bildirilir. Onlar müvafiq olaraq 5 və 11-ci sinif şagirdləridir.
Ehtiram Muradov