Tovuzdakı ağır qəzada ölən və xəsarət alanların  adları məlum olub.

"Unikal"ın məlumatına görə, ölən şəxs Ağstafa rayon sakini 1961-ci il təvəllüdlü Razim Mədətovdur.

Xəsarət alanlar isə 1989-cu il təvəllüdlü Volodya Məmmədov, 2022-ci il təvəllüdlü Həvvanur Əhmədova, 2020-ci il təvəllüdlü Elina Əhmədova,1969-cı təvəllüdlü Gülarə Həsənova,1989-cu il təvəllüdlü  Elvira Əhmədovadır.

Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

***

08:49

Tovuzda iki minik maşını toqquşub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Düzcırdaxan kəndində  yerləşən yanacaq doldurma məntəqəsinin qarşısında qeydə alınıb. Hərəkətdə olan  "VAZ 21099" ilə "VAZ 2104" markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov