Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Sankt-Peterburq vilayətinə iki günlük işgüzar səfərə gedib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Baş nazir bu gün Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-da isə MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.
***10:38
Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqa gedib.
"Unikal" xəbər verir ki, nazir Aİİ sammitində iştirak edəcək.
Sammitdə 2030-2045-ci illər arasında ittifaqda inteqrasiya proseslərinin gələcək inkişafının əsas istiqamətləri, həmçinin Aİİ və İran arasında azad ticarət sazişinin imzalanması da daxil olmaqla 20-dən çox məsələnin müzakirəsi planlaşdırılır.
O, həmçinin dekabrın 26-da MDB-nin qeyri-rəsmi sammitinə qatılacaq.
Ağarza Elçinoğlu