Ermənistan və Azərbaycanın sülh sazişini imzalaması üçün bir addımları qalıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov bildirib. 

O, Azərbaycan-Ermənistan sülh danışıqları və bu danışıqlarda Rusiyanın rolundan bəhs edib: "Baş vermiş və indiki vəziyyətlə nəticələnən hadisələr düzgün inkişaf edib. Yalnız üç regional qonşu - Azərbaycan, Ermənistan və Rusiya razılaşmalı idi. Həmişə bu barədə danışmışam. Mən Qarabağ məsələsi üzrə Minsk təmas qrupuna heç vaxt inanmamışam, burada bizdən başqa ABŞ və Fransa həmsədrdir. Onlar bu işə barmaqlarını da vurmadılar". 

Kalaşnikov vurğulayıb ki, sonda hər şey üçtərəfli razılığa gətirib çıxardı: "Ermənistanın başqa sərhədləri yoxdur. Hara qaçacaqlar? Təbii ki, sülh müqaviləsi yaxşı haldır. Ancaq qonşular da daxil olmaqla, iqtisadi cəhətdən faydalı olan bəzi dəhlizləri düşünməyə və hazırlamağa dəyər. Bu, Rusiya üçün də sərfəlidir, çünki biz onların vasitəsilə cənuba dəhliz açıb, Gürcüstanla müqavilə bağlaya bilərik. Fikrimcə, indi vəziyyət kifayət qədər əlverişlidir". 

Ağarza Elçinoğlu