Peruda narkotik ticarəti ilə məşğul olan dəstəyə qarşı əməliyyatın görüntüləri xüsusilə sosial mediada böyük səs-küyə səbəb olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, diqqəti cəlb etməmək üçün "Şaxta baba" kimi geyinən polis bayram əhval-ruhiyyəsindən istifadə edərək Limanın şimalında narkotik qaçaqmalçılığı ilə məşğul olan təhlükəli dəstəni təkbaşına yaxalayıb.

Əməliyyat anının görüntüləri böyük əks-səda doğursa da, videoda balyozla silahlanmış polisin qapını sındıraraq içəri daxil olması və komanda yoldaşlarının köməkliyi ilə xeyli sayda dəstə üzvünü saxlaması anları əks olunub. Əməliyyat zamanı dəstə üzvlərinin evdə gizlətdikləri külli miqdarda narkotik vasitə də götürülüb.

Gülayə Mecid