Papa Fransisk "Şəhərə və Dünyaya" (Urbi et Orbi) müraciətində dünya sülhü üçün səy göstərməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Papa Müqəddəs Pyotr meydanında dindarlara müraciət edərək sülhə “hə”, müharibələrə isə “yox” deməyə çağırıb. Onun fikrincə, silah istehsalı və satışı artdıqda sülhə nail olmaq daha çətinləşir.

Fransisk Ermənistan və Azərbaycanın xüsusilə humanitar proqramların həyata keçirilməsi yolu ilə sabit sülhə yaxınlaşması üçün dua etdiyini bildirib.

Ağarza Elçinoğlu