Rusiyada ilk dəfə bir şəxs "hərbi saxtakarlıqlar haqqında" maddəsi ilə Sankt-Peterburqda psixiatriya xəstəxanasına göndərilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Viktoriya Petrova adlı qadın Rusiya lideri Vladimir Putini "şizofren" adlandırdığı üçün tutulub. 

O, Ukraynadakı döyüşlər barədə sosial şəbəkələrdə məlumat dərc etdiyinə görə hərbi saxtakarlıqda ittiham edilib. Viktoriyanın psixiatriya xəstəxanasında qalma müddəti dəqiqləşdirilməyib. 

Məhkəmə hökmündən əvvəl Petrova istintaq təcridxanasında olub. Onun vəkilinin sözlərinə görə, Viktoriya xəstəxanada alçaldılma və təhqirlərə məruz qalır. 

Ağarza Elçinoğlu