Qəzza zolağında müharibədən qayıdan İsrail əsgəri Avixay Levi Knessetdə (İsrail parlamenti) etdiyi şok etiraflarında qorxusundan gecələr yerini islatdığını deyib: 

"Unikal" xəbər verir ki, psixi terapiyadan məhrum olduğunu deyən israil əsgəri spirtli içki qəbul etmədən yata bilmədiyini deyib.

"Hazırda mən başımın üstündə raketləri təsəvvür edirəm, özümü buldozerin içində döyüşərkən görürəm və cəsədlərin üfunət iyini hiss edirəm".

O, əlavə edib: "Qorxudan gecələr yuxuda yatdığım yeri isladıram, spirtli içki içməsəm yata bilmirəm. İndi psixi terapiyadan məhrum olmuşam. Yaşadığım travma hələ də mənimlədir. Gecə yuxularımda kabuslar gəlib məndən soruşurlar ki, bizi niyə öldürdün?”.