Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu ilə bağlı məhkəmə prosesinin vaxtı müəyyənləşib

"Unikal" xəbər verir ki, Tehran prokuroru Əli Əlqasi Mehr Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı işə baxılma vaxtının təyin edildiyini açıqlayıb. 

Tehran prokuroru Ali Məhkəmə Şurasının iclasında Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı işdəki nöqsan və maneələrin aradan qaldırıldığını və işə baxılma tarixinin gələn aya təyin edildiyini bildirib.