Sərdar Cəlaloğlu Əli Kərimlini ittiham etdi
20:42 24-04-2013
CƏMİYYƏT
Sərdar Cəlaloğlu Əli Kərimlini ittiham etdi
Sərdar Cəlaloğlu: "Əli Kərimli bu günə qədər müxalifətin birləşməsinə mane olubsa, hansı haqla müraciət edir?"
Gözəl Bayramlı: "Bizim günahımız deyil ki, bu birliyin baş tutmasında marağı olan qüvvələr yox dərəcəsindədir"
Seçkilər ərəfəsində siyasi qurum liderlərinin bir-birinə mətbu şəkildə basqı yapması siyasi mübarizənin normal elementi hesab edilir. Amma şahidi olduğumuz kimi, Azərbaycanda bu tənqidlər və diskussiyalar kifayət qədər qıcqırmış şəkildə ortalığa çıxır.
Və bəlkə də, Azərbaycan cəmiyyətinin müxalifətdən üz çevirməsinin başlıca səbəblərindən biri də budur.
Budur, qarşımızda daha bir sənəd var. Bu, Azərbaycanın Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin müxalifətə gecikmiş müraciətidir. Belə ki o, müxalifətə prezident seçkilərinə vahid namizədlə getməklə bağlı çağırış edib.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, "Əli Kərimli hansı haqla müraciət edir? Həmin müraciətin səmimiliyinə artıq bura qədər olan fəaliyyətin hesabına kölgə düşür. Çünki indiyə qədər əgər Əli Kərimli İctimai Palatanın sərhədlərindən kənar bütün müxalifətin birliyinə bizimlə bərabər cəhd etsəydi, sadəcə olaraq Müsavat Partiyası ilə müttəfiqliyinə görə susmasaydı və yaxud müxalifət ən azı "Müsavat"ın səhvlərini təkrar etməsəydi, indi çoxdan müxalifət bir yerdə olardı və onda da Əli Kərimlinin heç bir çağırışına ehtiyac olmazdı. Amma Əli Kərimli bu günə qədər müxalifətin birləşməsinə mane olub, indi bütün müxalifətə müraciət edir. Hanı o bütün müxalifət? Azərbaycanda bütün müxalifət var? Müxalifət dağılmış bir vəziyyətdədir".
Müşahidəçilər hesab edirlər ki, bu günə qədər bütün müxalifətin əməkdaşlıq cəhdləri heç vaxt baş tutmayıb və ona görə də onun partiya sədrlərinə çağırış etməyə mənəvi haqqı yoxdur. Digər tərəfdən,Əli Kərimlinin çağırışı öz müttəfiqi olan müsavatçılaradır. Yəni ola bilər ki, ümumi şəkildə bütün müxalif partiyalara deyir, amma mənə elə gəlir ki, diskussiya İctimai Palatanın çərçivələri daxilindədir, yəni Müsavat ilə AXCP arasındadır. Bu iki partiyanın tutduğu mövqeyə görə müxalifət bir araya gəlməyib, öz içlərində də olan fikir ayrılığını özləri həll etməlidirlər. Nə oldu dünənə qədər, gör neçə vaxtdır, İctimai Palatanın elə həmin Əli Kərimli genişləndirilməsinin məqbul olmadığını, müxalifətin elə bu müstəvidə formalaşdığını deyirdi, bu gün isə bütün müxalif partiyalara müraciət edir.
AXCP sədrinin müavini Gözəl Bayramlının "Unikal"a söylədiyinə görə, "AXCP və onun lideri Əli Kərimli qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar olaraq artıq bir neçə ildir ki, müxalifətin vahid format halında çıxış ertməsi uğrunda mübarizə aparır və bizim günahımız deyil ki, bu birliyin baş tutmasında marağı olan qüvvələr yox dərəcəsindədir. Biz əvvəlcə cəhd edirdik ki, müxalifətin birliyi İctimai Palatanın çərçivəsində reallaşsın. Amma yenə də bizdən asılı omayan səbəblərə görə bu birliyin özünün daxilində ciddi problemlər yaşanmağa başlandı. Sonradan müxalifəti daha geniş formatda birliyə dəvət etməyə başladıq. Əli bəyin son müraciəti də bu cəhdlərimizin davamı kimi dəyərləndirilə bilər. Kimin nə deməsindən asılı omayaraq, biz yenə də müxalifətin inteqrasiyası istiqamətində fəaliyyətimizi davam etdirəcəyik".
Adil Hüseynli
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22