Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının dosenti Elçin Məmmədov 63 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Universitet məlumat yayıb.
Elçin Məmmədov 1982-ci ildə AzTU-nun radioaparatların texnoloq-konstruktor mühəndisliyi ixtisasını bitirib.
O, 1988-ci ildən AzTU-da müxtəlif vəzifələrdə çalışıb.