Hər beş dəqiqəlik döyüşdə bir ukraynalı yaralanır və ya ölür.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Ali Radasının “Xalqın qulluqçusu” fraksiyasından olan deputatı Maryana Bezuqlaya deyib.

Siyasətçi özünün "Facebook" səhifəsində yazıb: “Hər beş dəqiqədən bir Ukrayna vətəndaşı yaralanır və ya ölür. Lakin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında heç nə dəyişmir".

Bezuqlaya bu statistika ilə Ukrayna Silahlı Qüvvələrinin komandanlığını tənqid edib. 

Gülayə Mecid