İrəvan Qərbin çağırışlarına tabe olaraq, Moskva ilə müttəfiqliyini dəyişməyə çalışır. 

"Unikal" xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, Ermənistanın qeyri-müəyyən vədlərə aldandığını bildirib: "Təəssüf ki, rəsmi İrəvan qərblilərin nəsihətlərinə tabe olaraq, öz xarici siyasət xəttini yenidən formalaşdırmağa çalışır. Moskva ilə zamanın sınağından çıxmış müttəfiqlik Qərbdən konkret yardım deyil, yalnız qeyri-müəyyən vədlər mübadiləsi aparır.

İrəvan strateji dönüşün gedişinə haqq qazandırmaq üçün respublikanın bütün bədbəxtliklərinə, o cümlədən Qarabağın itirilməsinə görə Rusiyanı günahlandırmağa çalışırlar. Biz dəfələrlə Rusiyanın narahatlığı barədə ictimaiyyətə danışmışıq. İndi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur".

Ağarza Elçinoğlu