Rusiya hərbi bazası Ermənistanda yerləşir, razılaşmaya əsasən, onun respublika ərazisində məqsədəuyğunluğundan danışmaq zərərlidir. 

"Unikal" xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov qeyd edib ki, bu gün Rusiya ordusu bu regionda sülhün təmin edilməsində əsas elementdir: "Biz Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində yerləşdirilməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Onun orada yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da imzalanıb, ilk növbədə milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə dair ümumi məqsədinə əsaslanıb".

Ağarza Elçinoğlu