"AST Telman" niyə sürətlə kasıblayır?
20:43 24-04-2013
SİYASƏT
"AST Telman" niyə sürətlə kasıblayır?
Məşhur iş adamının işləri Türkiyədə istədiyi kimi getmir
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl "Forbes" jurnalı Rusiyanın ən varlı biznesmenlərinin yeni reytinqini açıqlayıb. Budəfəki siyahıda şirkətlərin 2013-cü ilin 14 fevral tarixinə olan bazar dəyərləri qeydə alınıb. Eyni zamanda reytinqə varidatı 500 milyon dollardan az olmayanların adları düşüb.
Maraqlı orasıdır ki, hazırda Türkiyədə yaşayan və biznesini böyük ölçüdə bu ölkəyə yerləşdirən azərbaycanlı iş adamı, "AST" şirkətlər qrupunun sahibi Telman İsmayılov isə kasiblayıb. "Forbes"in 2006-cı ildəki siyahısında 76-cı, 2009-da 61-ci,2011-ci ildə 153-cü, 2012-ci ildə 121-ci sırada yer alan T.İsmayılovun hazırda 0,75 milyard dolları var. Bir ildə onun pulu 0,5 milyard dollar artıb.
"AST Telman"ın "Forbes"in siyahısında geriləməsi onu göstərir ki, İsmayılovun biznes işləri artıq Rusiyada olduğu kimi, uğurlu getmir. Rusiyada biznesi olarkən və bu ölkədə yaşayarkən "Forbes" siyahısında sürətlə irəliləyən İsmayılovun Kremllə münasibətləri korlandıqdan sonra Türkiyəyə gəlməsi ilə gəlirlərinin də düşməsi belə düşünməyə əsas verir.
Hazırda "AST Telman" Türkiyədə əsasən otelçilik və inşaat sektoru ilə məşğuldur. Halbuki Rusiyada onun biznesi daha çox şaxələnmişdi və saysız-hesabsız bazarlara, ticarət mərkəzlərinə sahib idi.
Amma Telman İsmayılovun Türkiyədə həmin imkanların xeyli hissəsindən məhrum olduğunu əminliklə söyləmək mümkündür. Bunu məşhur iş adamının "Forbes"in hesablamalarına görə xeyli kasıblaması da təsdiqləyir.
Bəzi iddialara görə, "AST Telman"ın özü də Türkiyədə işlərinin gedişatından bir o qədər məmnun deyil və bu səbəbdən də onun yeni ölkələrdə biznes mühiti axtarışına çıxması gözlənilir. İsmayılovun əvvəlki maliyyə qüdrətini bərpa etmək və daha da ön plana çıxmaq üçün xüsusən Asiya bazarlarına yelkən aça biləcəyi qeyd edilir. Bildirilir ki, Telman İsmayılov bir müddət Rusiya hakimiyyəti ilə yaxın münasibətlərini bərpa edərək bu ölkədəki biznes imperiyasını yenidən qura biləcəyinə inansa da, onun gözləntiləri özünü doğrultmayıb. Nəticədə "AST Telman" yeni yollar düşünmək məcburiyyətğində qalıb.
Hələlik "AST Telman"a yaxın çevrələrdən bu iddialar barədə hər hansı dəqiqləşdirmə aparmaq mümkün olmasa da, istər belə söz-söhbətlərin ortaya çıxması, istərsə də onun digər ünlü iş adamları ilə müqayisədə sərvətlərində azalmanın müşahidə edilməsi İsmayılovun yalnız Türkiyəyə qapılıb qalmayacağını əminliklə söyləmək üçün əsas verir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05