"Qisas dedikdə nəyi nəzərdə tutduğumuzu bilməliyik. Mən revanş deyəndə yeni uğur qeydə almağı, yeni uğura imza atmağı başa düşürəm".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan jurnalistlərin Qarabağı revanş yolu ilə almaqla bağlı suallarına cavabında deyib. 

O, revanşın pis bir şey olmadığını bildirib: "Revanşın pis bir şey olduğunu nəzərdə tutursunuz, hə? Revanşistlər kimi bir fəlsəfi termin də var, bilmirəm, bu nə dərəcədə elmidir, amma bu, öz yerində qalmaq, başqalarına heç nə verməmək istəyənlər tərəfindən uydurulub. Mən qisas almaqda pis heç nə görmürəm". 

Qeyd edək ki, bundan əvvəl Ermənistanın yepiskopu da revanşist çıxışlar edərək Azərbaycana qarşı bir sıra ittihamlar səsləndirmişdi. 

Ağarza Elçinoğlu