Rusiyanın xüsusi əməliyyatı 2024-cü ildə də davam edəcək, məqsədi Ukrayna qoşunlarının tərksilahı olaraq qalacaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıqlayıb.
"2024-cü il danışıqları haqqında hər şey olduqca aydındır. Xüsusi əməliyyat davam edəcək, onun məqsədi Ukrayna qoşunlarının tərksilahı və hazırkı Ukrayna dövlətinin neonasizm ideologiyasından əl çəkməsi olaraq qalacaq", - deyə Medvedev bildirib.
Ağarza Elçinoğlu