SOCAR-ın "Azəriqaz" İB-nin "Səyyar qəbul otağı" Zərdab rayonunda təşkil olunub.

"Unikal" xəbər verir ki, Gəlmə kəndində keçirilən aksiyanı giriş sözü ilə Tərtər RQİİ-nin baş mühəndisi açıq elan etdikdən sonra mikrofon önünə sakinlər çıxıb. "Açıq mikrofon"a qatılan 30-a yaxın abonent qaz təchizatında hər hansı bir problemlə rastlaşmadıqları üçün ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Mikrofon önünə çıxanlardan yalnız 2 nəfər qazlaşdırılma ilə bağlı müraciətini ünvanlayıb ki, sahibkar Tərlan Abbasov obyektinin, Zeynəb Səfərəliyeva çalışdığı kitabxananın təbii qazla təchiz edilməsini istəyib.

Hər iki müraciət Tərtər RQİİ-nin məsul şəxsləri tərəfindən araşdırılması üçün qeydiyyata alınıb.