Kürdəmirdə 6-7 ay əvvəl məcburi nişanlanan həddi-büluğa çatmamış yeniyetmə sığınacağa yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib. 

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kürdəmir rayon Polis şöbəsinin uşaq inspektoru (YYÇİ) Gülşən Əhmədova neçə gün hədələrə, şantajlara baxmayaraq erkən nikahın qarşısının alınmasında cəsarətli addımlar atdı, qanun çərçivəsində azyaşlı ilə bütün prosedurları həyata keçirdi. 16 yaşı tamam olmayan bir qızcığazın həyatını qurtardı. 16 yaşı tamam olmamağı xüsusi vurğulamaq istəyirəm. Oğlan qızcığaza olunanların cavabını gedib qanun qarşısında versin. Biz isə qızımızı himayəmizə aldıq, reabilitasiyaya artıq başladıq. Oxuyub universitet qazanmaq istəyir", - deyə Birliyin sədri qeyd edib.