"Kobra Murat" ləqəbli Murat Divandiya sosial media hesabından paylaşım edərək əməliyyat olunacağını bildirib və yaxınlarından dua istəyib.

"Unikal" xarici mediaya istinadla xəbər verir ki, müğənni Kobra Murat Belçikadan qayıdan təyyarədə qəfil qarnında partlayış hiss etdiyini və xəstəxanaya aparıldığını bildirib. Bağırsaqları partlayan Kobra Murat ölümcül ola biləcək əməliyyata girəcəyini və sağalma prosesinin bir ay çəkəcəyini bildirib.