"Rusiya ilə müharibə təhlükəsinə hazırlaşmaq üçün ölkə ordusu hər il iki mindən üç minədək könüllü cəlb etməlidir".

"Unikal" xəbər verir ki, bunu Niderland Silahlı Qüvvələrinin istefaya göndərilən baş komandanı Martin Viynen deyib.

"Niderland müharibədən ciddi şəkildə qorxmalıdır və cəmiyyətimiz buna hazırlaşmalıdır", - deyə o qeyd edib.

O əlavə edib ki, Niderland Rusiya ilə müharibəyə hazırlaşmalıdır, ona görə də ordunun fəaliyyətini davam etdirə bilməsi üçün bir sıra ehtiyatda olan hərbçilər və könüllülər lazımdır.