ABŞ separatçı terror təşkilatı PKK/YPG ilə əməkdaşlığını bir daha ortaya qoyub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"ABŞ əsgərləri PKK-ya təlim keçib. Onlar terrorçulara Kalaşnikov avtomatından istifadə etməyi öyrədiblər", - məlumatda deyilir.
Bildirilir ki, təlim 12 türk şəhidin ölümündən üç gün sonra baş tutub.