İsrail Fələstinin radikal HƏMAS qruplaşmasının Qəzza zolağında saxladığı girovların azad edilməsi ilə bağlı danışıqlar aparır. 

"Unikal" xəbər verir ki, bu barədə Yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahu qaçırılanların qohumları ilə görüşündə bildirib.

O, İsrailin bütün girovları geri qaytarmaq üçün çalışdığını deyiib: "Hazırda biz danışıqlar aparırıq. Mən danışıqların vəziyyəti haqqında ətraflı danışa bilmərəm, biz onların hamısını evə qaytarmağa çalışırıq. Məqsədimiz budur". 

Ağarza Elçinoğlu