Türkiyənin Zonguldak şəhərində dəhşətli ailə faciəsi baş verib. 

"Unikal" xəbər verir ki, bölgədə Jandarma mütəxəssisi kimi fəaliyyət göstərən çavuş Muhammet D.  dini nikahlı arvadını amansızcasına qətlə yetirib. 

Belə ki,  Muhammet həyat yoldaşını evinin yaxınlığındakı meşəyə aparıb və ona tapança ilə 10 dəfə atəş açıb. Hadisədən sonra çavuş polisə təslim olub. 

Cinayətin motivləri açıqlanmayıb. Cütlüyün 3 yaşlı oğulları isə Muhammet D.-nın ailəsinə təhvil verilib.