Moskva yaxınlığındakı anbarda yanğın baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Məlumata görə, anbar və içindəkilər tamamilə yanıb. Yanğın sahəsi 350 kvadratmetr olub. Yanğının söndürülməsinə 18 nəfər və 5 texnika cəlb olunub.

Ağarza Elçinoğlu