İranın Hörmüzqan əyalətinin sərhədçiləri Hörmüz boğazında dəniz quldurlarını saxlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, quldurlar hərbi geyimdə olublar: "Sərhədçilər Larek adasının kənarında patrul xidməti həyata keçirərkən şübhəli qayıq görüblər. Göyərtəsində artıq piratçılıqda aşkar edilmiş iki iranlı olub. Saxlanılanların üzərindən silah-sursat tapılıb".
Ağarza Elçinoğlu