"Səhliyalı" şirkətinin təşkilatçılığı ilə dekabr ayının 26-da Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində xeyriyyə tədbiri keçirilib.

"Unikal" xəbər verir  ki, tədbiri aparıcı Fatma Zahid açaraq, iştrakçılara şirkət barədə qısa məlumat çatdırıb və rəhblərlik adından onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. 
Sosial xidmət müəssisəsinin rəhbəri Samirə Mehdiyeva çıxış edərək, ahılların dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb və tədbir üçün “Səhliyalı” şirkətinin rəhbərliyinə və kollektivinə təşəkkür edib.

Daha sonra şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlkin Mustafayevə söz verilib və o qeyd edib ki, təmsil etdiyi müəssisə mütəmadi olaraq bütün bayramlarda əhalinin aztəminatlı təbəqəsi üçün yardım və sosial qurumlarda bu cür xeyriyyə aksiyaları həyata keçiririr.

Bundan sonra tədbirdə  xanəndələr Mirələm Mirələmov, Nuray Hacızadə, müğənnilər - xalq artisti Niyaməddin Musayev, əməkdar artistlər Yusif Mustafayev, Mətanət İsgəndərli öz çıxışları ilə ahılları sevindiriblər.

Müğənni Aydın Sani və Xəyalə Qafarzadənin ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Şaxta baba və qar qızın ahıllarla rəqsi də onların simasına təbəssüm bəxş edib.

Sonda ahıllardan bir neçəsi tədbirin təşkilatçısı “Səhliyalı” şirkətinin rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

"Xəzər TV"nin tədbirdən hazırladığı videomaterialı təqdim edirik: