İspaniyanın "Real Madrid” komandası baş məşqçisi Karlo Ançelottinin müqaviləsinin müddətini uzadıb.

"Unikal" xəbər verir ki, Madrid təmsilçisi italiyalı mütəxəssislə 2 illik yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildən “kral klubu”na başçılıq edir.