Türkiyənin "Antalyaspor" komandası ilə yollarını ayıran Nuri Şahin Almaniyanın "Borussiya” (Dortmund) klubuna məşqçi təyin olunub.
"Unikal" xəbər verir ki, türkiyəli mütəxəssis sabiq komandasının baş məşqçisi Edin Terziçin texniki heyətində yer alacaq.
Onunla yanaşı, “sarı-qaralar”ın digər keçmiş futbolçusu Sven Bender də eyni vəzifədə çalışacaq. Hər iki veteran futbolçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.