33 yaşlı sahibkar və keçmiş gözəllik kraliçası Aduonum 126 saat 52 dəqiqə mahnı oxuyaraq Ginnesin Rekordlar kitabına düşüb.

"Unikal" xəbər verir ki, Aduonum rekordu qırmaqdan xoşbəxt olduğunu və bunun bütün qadınlara ilham olacağına ümid etdiyini bildirib.

Bildirilir ki, qaydalara əsasən, Aduonuma hər saatda 5 dəqiqə və ya dörd saatdan bir 20 dəqiqə fasilə verilib.