Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun müzakirəsi yersiz və zərərlidir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.

O, Ermənistandakı Rusiya hərbi bazasından danışıb: "Onun yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da hər iki dövlətin milli maraqlarından çıxış edərək imzalanıb. Bu sənədin 26-cı maddəsinə əsasən, hərbi qulluqçularımızın qalma müddəti 49 ildir, bundan sonra müqavilə avtomatik olaraq beş il müddətinə uzadılır.

Biz respublikada hərbi mövcudluğumuzla bağlı istənilən müzakirəni zərərli və əhəmiyyətsiz hesab edirik". 

Ağarza Elçinoğlu